Görüşdə həmçinin energetika naziri Pərviz Şahbazov da iştirak edib. Görüşdə həmçinin energetika naziri Pərviz Şahbazov da iştirak edib.
  • Paytaxt
  • 15 Fevral 2019 19:55
  •  2 778

Azərbaycan enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib

Görüşdə həmçinin energetika naziri Pərviz Şahbazov da iştirak edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ukraynalı həmkarı Pavlo Klimkin ilə görüşüb.

Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

Görüşdə həmçinin energetika naziri Pərviz Şahbazov da iştirak edib.

Tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən və inkişafından məmnunluqlarını ifadə ediblər.

Nazirlər həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur layihələri haqqında fikir mübadiləsi aparıblar. Bu xüsusda, Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (report)

AzNews.az