Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib. Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib.
  • Paytaxt
  • 18 Fevral 2019 17:47
  •  2 526

Azərbaycanın sənaye potensialı bundan sonra da inkişaf edəcək - İlham Əliyev

Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib.

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışında deyib:

- Belə böyük layihələrin icrasının çox böyük mənası, çoxşaxəli təsiri var və bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Biz bu layihələrə start verəndə, əlbəttə, təxmin edirdik ki, bu, çox gözəl nəticələrə gətirib çıxaracaq. Bu gün biz bunun əyani şahidiyik. Bundan sonra da Azərbaycanın sənaye potensialı inkişaf edəcək. Sənayeləşmə öz gözəl nəticələrini verir. Keçən il qeyri-neft sektorunda sənaye istehsalı 9 faizdən çox artmışdır, bu ilin birinci ayında isə 14 faizə yaxın artmışdır, o cümlədən bu zavodların fəaliyyətə başlaması nəticəsində. Əlbəttə ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaqdır. Əminəm ki, belə müəssisələr gələcəkdə bizim sənaye imkanımızı böyük dərəcədə artıracaqdır və ölkəmiz davamlı olaraq inkişaf yolu ilə gedəcəkdir...

AzNews.az