Bu barədə XİN-in mətbuat katibliyindən məlumat verilib. Bu barədə XİN-in mətbuat katibliyindən məlumat verilib.
  • Paytaxt
  • 19 Fevral 2019 16:57
  •  2 933

Elmar Məmmədyarov Avropa Komissiyasının rəsmisi ilə görüşdü

Bu barədə XİN-in mətbuat katibliyindən məlumat verilib.

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə XİN-in mətbuat katibliyindən məlumat verilib.

H.Hololey Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

Daha sonra H.Hololey Avropa İttifaqı və Azərbaycan arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclasının nəticələrini yüksək qiymətləndirib.

Görüş zamanı tərəflər Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur layihələri və logistika imkanlarını, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin perspektivlərini müzakirə ediblər.

Tərəflər, həmçinin nəqliyyatın bütün sahələrində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

AzNews.az