Bununla bağlı müvafiq tapşırıq verilib. Bununla bağlı müvafiq tapşırıq verilib.
  • Paytaxt
  • 18 Mart 2019 19:43
  •  1 876

Doğum Evi və Uşaq Xəstəxanasının təmirinə 2 milyon ayrıldı

Bununla bağlı müvafiq tapşırıq verilib.

Prezident İlham Əliyev martın 18-də “Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

AzNews.az