Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə baş tutacaq. Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə baş tutacaq.
  • Paytaxt
  • 26 Mart 2019 13:32
  •  2 060

İlham Əliyev Paşinyanla bu həftə görüşəcək

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə baş tutacaq.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan martın 29-da Avstriyanın paytaxtı Vyanada görüşə bilər.

Görüş zamanı tərəflər Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcəklər.

Görüş martın 29-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə baş tutacaq.

Martın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iki ölkə rəsmilərinin Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı görüşü barədə razılığa gəldiklərini bildirimişdi. O, iki ölkə xarici işlər nazirlərinin də görüşünün nəzərdə tutulduğunu bildirmişdi. (REAL TV)