"Ermənilər tarixi faktları saxtalaşdırmağa cəhd edirlər" "Ermənilər tarixi faktları saxtalaşdırmağa cəhd edirlər"
  • Paytaxt
  • 24 Aprel 2019 13:34
  •  2 288

YAP-da “Uydurma erməni soyqırımı: Həqiqətlər və yalanlar” adlı dəyirmi masa keçirildi

"Ermənilər tarixi faktları saxtalaşdırmağa cəhd edirlər"

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında “Uydurma erməni soyqırımı: Həqiqətlər və yalanlar” adlı dəyirmi masa keçirilib.

Tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tarixçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib ki, bəşəriyyət erməni yalanları ilə üz-üzədir. O, ermənilər Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdiyini xatırladıb. Ə.Əhmədov qeyd edib ki, ermənilərin azərbaycanlılara qarşı cinayətləri hüquqi qiymətini almalıdır.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da çıxışında ermənilərin soyqırıma məruz qalmadığı bildirib. Onun sözlərinə görə, Türkiyə onların iddialarına qarşılıq olaraq arxivlərini açmağa hazırdır: “Ermənilər bu yalanlardan əl çəkməlidirlər. Onlar azərbaycanlılara qarşı törətdiyi cinayətlərə nə cavab verəcəklər?”.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun direktoru Yaqub Mahmudov çıxış edərək ermənilərin iddialarını tarixi faktlarla ifşa edib. O bildirib ki, ermənilər tarixi faktları saxtalaşdırmağa cəhd edirlər.

Deputat Fəzail Ağamalı deyib ki, Azərbaycan erməni yalanlarına qarşı mübarizəni Türkiyə ilə birlikdə həyata keçirməlidir. O qeyd edib ki, ermənilər Azərbaycanda, Anadoluda və digər türkdilli dövlətlərdə soyqırımlar törədiblər. Deputat Bakıda soyqırım abidəsinin yaradılmasını təklif edib.

Milli Məclisin üzvü Asim Mollazadə çıxış edərək deyib ki, ermənilərin məqsədi azərbaycanlıları məhv etməkdir: “Azərbaycan və Türkiyə mütəxəssisləri arxivləri araşdırmaqla ermənilərin əməllərini üzə çıxarmalıdır. Bizə qarşı sistemli şəkildə işləyiblər. Ermənilərin ABŞ-ın həm qanunverici, həm də icraedici orqanlarında çox ciddi dayaqları var. Erməni diaspor təşkilatları da türk diaspor təşkilatlarından güclüdür. Bu həm siyasi, həm də media sahəsində özünü göstərir. Bütün bunlar nəzərə alınmalıdır”.

Sonra çıxış edən deputat Fazil Mustafa, Rauf Əliyev və digər iştirakçılar qondarma "erməni soyqırmı" ilə bağlı fikirlərini bildiriblər. Onlar çıxışlarında Azərbaycan və Türkiyə diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin vacib olduğunu qeyd ediblər.(report.az)

AzNews.az

image description