"Böyük Hersoq Janın vəfatı xəbəri məni olduqca kədərləndirdi" "Böyük Hersoq Janın vəfatı xəbəri məni olduqca kədərləndirdi"
  • Paytaxt
  • 25 Aprel 2019 10:00
  •  1 996

İlham Əliyev Lüksemburqun Böyük Hersoquna başsağlığı verdi

"Böyük Hersoq Janın vəfatı xəbəri məni olduqca kədərləndirdi"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

"Əlahəzrət,

Atanız – görkəmli dövlət xadimi, Böyük Hersoq Janın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizə və bütün Lüksemburq xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

AzNews.az