Sakinlərin müraciət etdiyi problemlərlə bağlı məsələlər yaxın zamanda operativ şəkildə həll olunacaq. Sakinlərin müraciət etdiyi problemlərlə bağlı məsələlər yaxın zamanda operativ şəkildə həll olunacaq.
  • Paytaxt
  • 22 May 2019 18:56
  •  1 717

Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar

Sakinlərin müraciət etdiyi problemlərlə bağlı məsələlər yaxın zamanda operativ şəkildə həll olunacaq.

Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın (keçmiş “Sovetski” adlanan ərazidə) açılışı zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli abidəsinin önündə sakinlərlə görüşüb söhbət ediblər.

Dövlət başçısı və xanımı vətəndaşların problemləri ilə tanış olublar. Bildirilib ki, sakinlərin müraciət etdiyi problemlərlə bağlı məsələlər yaxın zamanda operativ şəkildə həll olunacaq. (report)

AzNews.az