Mərkəz fəaliyyətinə dair illik hesabatı Agentliyə təqdim edir Mərkəz fəaliyyətinə dair illik hesabatı Agentliyə təqdim edir
  • Paytaxt
  • 24 May 2019 10:55
  •  2 486

Nazirlər Kabineti “DOST”la bağlı qərar verdi

Mərkəz fəaliyyətinə dair illik hesabatı Agentliyə təqdim edir

Nazirlər Kabineti “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə qərar verib.

Bu qərarda dəyişikliklər Prezidentin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Nizamnaməyə əsasən, Mərkəzin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin Nizamnaməsi ilə müəyyən edilmiş qaydada Agentlik həyata keçirir. Mərkəz fəaliyyətinə dair illik hesabatı Agentliyə təqdim edir.

Mərkəzin fəaliyyət istiqamətləri müvafiq sahədə xidmətlərin “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi, müvafiq sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi və təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqidir.

AzNews.az