"Azərbaycan bir neçə beynəlxalq tədbirlərə ev sahibliyi edib" "Azərbaycan bir neçə beynəlxalq tədbirlərə ev sahibliyi edib"
  • Paytaxt
  • 14 İyun 2019 10:57
  •  1 789

Milli Məclisdə beynəlxalq konfrans keçirilir

"Azərbaycan bir neçə beynəlxalq tədbirlərə ev sahibliyi edib"

Azərbaycan Milli Məclisində (MM) “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilir.

“Report”un xəbərinə görə, konfransda Milli Məclisin sədr müavini Bahar Muradova, Türkdili Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) baş katibi Altınbek Mamayusupov, Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, Qazaxıstan, Qırğızıstan və Türkiyə milli nümayəndə heyətlərinin rəhbərləri iştirak edir.

Azərbaycan parlamentinin sədr müavini Bahar Muradova çıxış edərək deyib ki, Azərbaycan bir neçə beynəlxalq tədbirlərə ev sahibliyi edib.

O qeyd edib ki, “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda beynəlxalq konfrası müzakirələrin aparılması baxımından önəmlidir.

Onun sözlərinə görə, dövlətlər bir sıra problemlərin aradan qaldırılması üçün əməkdaşlıq etməlidir, qüvvələr birləşdirilməlidir: "Bu prosesdə kimsə kənarda qalmamalıdır, qadınların rolunu xüsusi artırmalıyıq. Belə olanda dayanıqlı inkişafa nail ola bilərik. Hesab edirəm ki, beynəlxalq səviyyədə qadınların rolunun artırılması, gender bərabərsizliyinin aradan qaldırılmasında çatışmazlıq var. Yəni qadınların problemləri ilə bağlı, sadəcə, danışmaq lazım deyil, müəyyən mənada dəstək verilməlidir. Dünyanın taleyi ilə bağlı məsuliyyəti qadınlarla da bölüşmək lazımdır. Azərbaycanda qadınların əməyinə dövlət səviyyəsində dəstək verilir. Qanunverici, icraedici orqanlarda qadınlar fəallığı seçilir. Milli Məclisin qadın deputatları bir sıra beynəlxalq təşkilatların üzvləridir, onlar fəallıq göstərirlər, işlərinin öhdəsindən layiqincə gəlirlər”.

Deputat xatırladıb ki, Azərbaycan qanunvericiliyində gender bərabərsizliyinin aradan qaldırılması ilə bağlı müddəalar yer alıb: “Hesab edirəm ki, Azərbaycanda bununla bağlı nəticələr ürəkaçandır. Qadınlar ölkəmizin inkişafında xüsusi rol oynayırlar”.(report.az)

AzNews.az