Qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib Qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib
  • Paytaxt
  • 14 İyun 2019 12:27
  •  1 884

Milli Məclis büdcənin icrası haqqında qanun layihəsini II oxunuşda qəbul etdi - Yenilənib

Qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilərək II oxunuşda qəbul olunub.

Ötən il büdcənin gəlirləri 22 508 869,7 min manat, xərcləri isə 22 731 644,5 min manat olmaqla təsdiq edilib.

Bu ilin əvvəlinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 399 min manat olub.

Qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.

***
12:06

Milli Məclisin ötən gün başlamış növbədənkənar plenar iclası bu gün də davam edir

Parlament "2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini II oxunuşda müzakirəyə çıxarıb.(report.az)

AzNews.az