Təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək Təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək
  • Paytaxt
  • 19 İyun 2019 11:40
  •  1 154

İlham Əliyev II Avropa Oyunlarının açılışına dəvət aldı

Təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək

21 iyunda Minskdə keçiriləcək II Avropa Oyunlarının açılışı mərasimində iştirak edəcək dünya liderlərinin adları açıqlanıb.

“Belta” nəşrinin verdiyi xəbərə görə, Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz Minskdə keçirdiyi brifinqdə bildirib ki, təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Salome Zurabişvili, Moldova Prezidenti İqor Dodon, Serbiya Prezidenti Aleksandr Vuçiç, Rusiya Baş Naziri Dmitri Medvedev, Bosniya və Hersoqovina rəyasət heyətinin sədri Milorad Dodik iştirak edəcək.

Onun sözlərinə görə, tədbirdə Çeçenistan Prezidenti Ramzan Kadırovun da iştirakı gözlənilir.

Bundan başqa, mərasimə Mərkəzi Avropa Təşəbbüs Qrupunun Baş katibi Roberto Antonione, YUNESKO-nun baş direktorunun müavini Nad Əl-Nəşif, Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri Tiqran Sarkisyan, Baltik dənizi dövlətləri Şurasının baş direktoru Mayra Moyra, Böyük Britaniyanın Ticarət Siyasəti üzrə Dövlət katibi Corc Hollinqberi və və 40-dan çox ölkənin milli olimpiya komitələrinin rəhbərləri qatılacaqlar.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.(qafqazinfo.az)

AzNews.az