Liu Zenmin BMT-nin xüsusi mükafatını Mehriban Əliyevaya təqdim edib Liu Zenmin BMT-nin xüsusi mükafatını Mehriban Əliyevaya təqdim edib
  • Paytaxt
  • 24 İyun 2019 14:51
  •  3 393

BMT-nin xüsusi mükafatı Mehriban Əliyevaya təqdim olundu

Liu Zenmin BMT-nin xüsusi mükafatını Mehriban Əliyevaya təqdim edib

Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Forumu çərçivəsində Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb.

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edib.

Forum Heydər Əliyev Mərkəzində BMT və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi builki Foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar.(report.az)

AzNews.az