Mehriban Əliyeva Şirməmməd Hüseynovun ailə üzvləri ilə görüşüb Mehriban Əliyeva Şirməmməd Hüseynovun ailə üzvləri ilə görüşüb
  • Paytaxt
  • 25 İyun 2019 17:29
  •  2 349

Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak etdi

Mehriban Əliyeva Şirməmməd Hüseynovun ailə üzvləri ilə görüşüb

İyunun 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidinə gəldi.

Mehriban Əliyeva Şirməmməd Hüseynovun ailə üzvləri ilə görüşdü, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verdi.(AZƏRTAC)

AzNews.az