Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib
  • Paytaxt
  • 10 İyul 2019 16:42
  •  2 231

Prezident NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanını qəbul etdi

Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıya gələn NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Söhbət zamanı Bakıda beynəlxalq əhəmiyyətli mühüm görüşlərin keçirilməsindən məmnunluq ifadə olundu.

Görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlıq, ölkəmizin Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına töhfəsi məsələləri müzakirə edildi.(AZƏRTAC)

AzNews.az