Dəyişiklik layihəsi müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub Dəyişiklik layihəsi müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub
  • Paytaxt
  • 12 İyul 2019 13:12
  •  2 354

Bu qanunun qüvvəyə minməsi ertələndi

Dəyişiklik layihəsi müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.

Layihədə qanunun qüvvəyə minmə vaxtının uzadılması təklifi əksini tapıb.

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun 8-ci (Qanunun qüvvəyə minməsi) maddəsində “2020-ci il yanvarın 1-dən” sözləri “2022-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilib.

Yəni qanun 2020-ci il yanvarın 1-dən deyil, 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Dəyişiklik layihəsi müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.(report.az)

AzNews.az