Bu haqda məlumatı Prezidentin mətbuat xidməti yayıb Bu haqda məlumatı Prezidentin mətbuat xidməti yayıb
  • Paytaxt
  • 8 Avqust 2019 17:56
  •  1 752

İlham Əliyev sinqapurlu həmkarını təbrik etdi

Bu haqda məlumatı Prezidentin mətbuat xidməti yayıb

Prezident İlham Əliyev Sinqapur Prezidenti Həlimə Yaquba təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Sinqapurun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".