Qərar Azərbaycan Prezidentinin 326 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə verilib Qərar Azərbaycan Prezidentinin 326 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə verilib
  • Paytaxt
  • 13 Sentyabr 2019 10:12
  •  2 636

Baş nazir əlillərlə bağlı qərar verdi

Qərar Azərbaycan Prezidentinin 326 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə verilib

İnfrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi, tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət qaydası təsdiq edilib.

Bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Bu qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 17-ci maddəsinə uyğun olaraq hazırlanıb.

Eyni zamanda, infrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına xidmət edir.

Qeyd edək ki, qərar Azərbaycan Prezidentinin 2018-ci il 6 noyabr tarixli 326 nömrəli fərmanının 3.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə verilib.

AzNews.az