Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib
  • Paytaxt
  • 15 Sentyabr 2019 18:18
  •  1 132

Türkiyənin Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar. (Report)

AzNews.az