Məlumatı Prezidentin Mətbuat xidməti yayıb Məlumatı Prezidentin Mətbuat xidməti yayıb
  • Paytaxt
  • 17 Oktyabr 2019 17:12
  •  2 684

İlham Əliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatına 790 000 manat ayırdı

Məlumatı Prezidentin Mətbuat xidməti yayıb

Prezident İlham Əliyev Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin mühafizəsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla “Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin yumaya qarşı mühafizəsi üçün barraj-fiksatorun təmir-bərpası”nın başa çatdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 000 (yeddi yüz doxsan min) manat vəsait ayrılıb.

AzNews.az