İmperator Naruhito cari il mayın 1-də taxta çıxıb İmperator Naruhito cari il mayın 1-də taxta çıxıb
  • Paytaxt
  • 21 Oktyabr 2019 11:44
  •  1 641

Oktay Əsədov Yaponiyaya getdi

İmperator Naruhito cari il mayın 1-də taxta çıxıb

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyətimiz Yaponiya İmperatoru Naruhitonun taxta çıxma mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.

Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə 174 ölkəni təmsil edəcək iki mindən çox nümayəndənin iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Yaponiyanın indiki İmperatoru Naruhito cari il mayın 1-də taxta çıxıb. Həmin vaxt Ona hakimiyyətin rəmzi hesab edilən əsas dövlət və İmperatorun şəxsi möhürləri, həmçinin müqəddəs reqaliyalar təqdim edilib. İmperatorun taxta çıxması üzrə komissiyanın qərarına əsasən, mərasimin əsas hissəsinin oktyabrın 22-də keçirilməsi qərara alınmışdı.

AzNews.az