Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb
  • Paytaxt
  • 27 Yanvar 2020 16:22
  •  4 676

İlham Əliyev Sumqayıtla bağlı sərəncam imzaladı - RƏSMİ

Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb

Prezident İlham Əliyev Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılıb.

AzNews.az