Milli Məclisə seçkilərdəki qələbəyə görə Milli Məclisə seçkilərdəki qələbəyə görə
  • Paytaxt
  • 27 Fevral 2020 14:30
  •  2 235

Bərham Saleh Prezident İlham Əliyevi təbrik edib

Milli Məclisə seçkilərdəki qələbəyə görə

İraq Respublikasının Prezidenti Bərham Salehdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

AzNews.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Milli Məclisinə bu yaxınlarda keçirilmiş növbədənkənar seçkilərdə rəhbərlik etdiyiniz partiyanın qələbə qazanması münasibətilə Zati-alinizi və dost Azərbaycan xalqını öz adımdan və İraq xalqı adından təbrik edirəm.

Sizə ali dövləti vəzifənizdə uğurlar, dost ölkənizə tərəqqi və rifah, xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin birgə əməkdaşlıq yolu ilə daha da inkişaf etməsini arzulayıram".