Respublika Günü münasibətilə Respublika Günü münasibətilə
  • Paytaxt
  • 1 İyun 2020 17:30
  •  3 378

Azərbaycan Prezidentinə yunan həmkarından təbrik gəlib

Respublika Günü münasibətilə

Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzNews.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi Yunanıstan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Fürsətdən istifadə edərək, Sizə cansağlığı, dost Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram”.

Tunis Respublikasının Prezidenti Kays Sayid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə Tunis xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə cansağlığı və xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.

Bu fürsətdən istifadə edərək, qəti əminliyimi bildirirəm ki, ölkələrimiz arasındakı qardaşlıq və əməkdaşlıq əlaqələri xalqlarımızın maraqları naminə yeni üfüqlər açaraq daha da inkişaf edəcək və möhkəmlənəcək”.

Bəhreyn Krallığının Baş Naziri Xəlifə bin Salman Al Xəlifə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“ Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm. Həmçinin dost ölkələrimiz arasında səmimi münasibətlərin gələcəkdə də inkişaf etməsini arzulayıram”.