Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!
  • Paytaxt
  • 25 Noyabr 2020 13:54
  •  2 629

Mehriban Əliyevadan Kəlbəcərlə bağlı təbrik

Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə paylaşım edib.

AzNews.az xəbər verir ki, paylaşımda deyilir:

“Hörmətli həmvətənlər!

Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin!

Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”