XİN məlumat yayıb XİN məlumat yayıb
  • Paytaxt
  • 11 Yanvar 2021 16:31
  •  4 432

Ceyhun Bayramov Pakistana səfər edəcək

XİN məlumat yayıb

Bu ilin 13-14 yanvar tarixlərində Azərbaycan Respublikasının (AR) xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşəcək.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AzNews.az-a verilən xəbərə görə, səfər çərçivəsində 13 yanvar tarixində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.

Bildirilib ki, 14 yanvar tarixində isə AR xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.