Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil
  • Paytaxt
  • 16 Aprel 2021 09:50
  •  5 147

XİN Ermənistanın baş nazirinə şeirlə cavab verdi

Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsi Ermənistan baş naziri N.Paşinyanın ölkə parlamentində söylədiklərini reaksiya verib

XİN-in münasibəti belə olub:

"14 aprel tarixində Ermənistan Parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.

N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.

Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

“ Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda.”

AzNews.az