Səhiyyə naziri vəzifəsinin icrası Teymur Musayevə həvalə olundu Səhiyyə naziri vəzifəsinin icrası Teymur Musayevə həvalə olundu
  • Paytaxt
  • 23 Aprel 2021 16:50
  •  6 079

Oqtay Şirəliyev Səhiyyə naziri vəzifəsindən azad edildi

Səhiyyə naziri vəzifəsinin icrası Teymur Musayevə həvalə olundu

Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bui barədə sərəncam imzalayıb.

Həmçinin Prezident İlham Əliyev Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilsin.

Qeyd edək ki, bu gün Prezidentin imzaladığı fərmanla Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib.

Dəyişikdən sonra səhiyyə nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və dörd müavini var.

AzNews.az