O, Azərbaycan prezidenti İlham Əliyev və həmkarı Ceyhun Bayramovla görüşəcək O, Azərbaycan prezidenti İlham Əliyev və həmkarı Ceyhun Bayramovla görüşəcək
  • Paytaxt
  • 10 May 2021 21:16
  •  6 095

Sergey Lavrovun Azərbaycana səfəri başlayıb

O, Azərbaycan prezidenti İlham Əliyev və həmkarı Ceyhun Bayramovla görüşəcək

Bu axşam nazir Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Səfərin son günü - mayın 11-də isə Lavrovla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüş olacaq”.

Aznews.az TASS-a istinadən xəbər verir ki,səfər zamanı Rusiya ilə Azərbaycan arasında ikitərəfli və regional əməkdaşlıq, habelə beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət məsələlərinin geniş şəkildə müzakirə olunacağı planlaşdırılır: Danışıqlar zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının həyata keçirilməsinin praktik aspektlərinə də üstünlük veriləcək.

Qeyd edək ki, Rusiya XİN başçısı 5-6 may tarixlərində İrəvana səfəri çərçivəsində erməni həmkarı Ara Ayvazyan və Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb.