Bu gün Kazanda silahlı hücum və partlayış nəticəsində çoxsaylı şəxslər həlak olub və xəsarət alıb Bu gün Kazanda silahlı hücum və partlayış nəticəsində çoxsaylı şəxslər həlak olub və xəsarət alıb
  • Paytaxt
  • 11 May 2021 20:07
  •  5 441

Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib

Bu gün Kazanda silahlı hücum və partlayış nəticəsində çoxsaylı şəxslər həlak olub və xəsarət alıb

Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına Kazanda baş verən silahlı insidentlə bağlı başsağlığı verib.

Ombudsman Aparatından verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Kazanda məktəbdə baş vermiş silahlı insident nəticəsində matəm elan olunması ilə bağlı Rusiya Federasiyası Tatarıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Sariya Saburskayaya zəng edərək başsağlığı verib.

Telefon danışığı zamanı Ombudsman Səbinə Əliyeva hadisə nəticəsində həlak olan şagirdlərin və məktəb əməkdaşlarının ailələrinə səbir, yaralananlara isə şəfa dilədiyini bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən 175 nömrəli məktəbdə silahlı hücum və partlayış baş verməsi nəticəsində əksəriyyəti uşaqlar olmaqla, çoxsaylı şəxslər həlak olub və xəsarət alıb.

Aznews.az