Türk Şurasına üzv ölkələrin qarşıdakı Zirvə görüşü müzakirə olunub Türk Şurasına üzv ölkələrin qarşıdakı Zirvə görüşü müzakirə olunub
  • Paytaxt
  • 18 May 2021 20:30
  •  3 776

Ceyhun Bayramovla Bağdad Amreyev arasında telefon danışığı olub

Türk Şurasına üzv ölkələrin qarşıdakı Zirvə görüşü müzakirə olunub

18 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev ilə telefon danışığı baş tutub.

Aznews.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Tərəflər Azərbaycanın Türk Şurası ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın qarşıdan gələn görüş və tədbirləri üzrə fikir mübadiləsi aparıblar.

Türk Şurasına üzv ölkələrin bu ilin payızında keçiriləcək Zirvə görüşünə hazırlıq məqsədilə keçiriləcək görüşlər, o cümlədən yüksək səviyyəli mümayəndələr komitəsinin toplantısı və xarici işlər nazirlərinin görüşü müzakirə olunub.

Tərəflər, həmçinin təşkilatın gələcək inkişafı məsələləri ətrafında müzakirələr aparıblar.