Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açıqlama verib Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açıqlama verib
  • Paytaxt
  • 12 İyun 2021 14:41
  •  4 299

Babəkin heykəlinin Bakıda ucaldılması niyə gecikir?

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açıqlama verib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Babəkin heykəlinin postamenti qoyulsa da, heykəlin hələ də ucaldılmamasının səbəbini açıqlayıb.

Aznews.az xəbər verir ki, Eldar Əzizov açıqlamasında bildirib ki, Babəkin heykəli ilə bağlı Nizami Rayon İcra hakimiyyəti və SOCAR təşəbbüslə çıxış ediblər.

"Hazırda təklifləri hazırlayırlar. Bir heykəlin hazırlanması üçün Komissiya yaradılır, götür-qoy edilir. Bakıda qoyulan heykəl memarlıq baxımından bir əsər kimi qəbul olunmalıdır. Layihə yaxın zamanda ictimaiyyətə təqdim olunacaq", - deyə E. Əzizov bildirib.