"Və həqiqətləri göstərməyə çalışırıq” "Və həqiqətləri göstərməyə çalışırıq”
  • Paytaxt
  • 27 İyul 2021 23:19
  •  4 634

“Bu səfərlərin Qarabağa diqqət çəkəcəyini düşünürük" - Mustafa Şentop

"Və həqiqətləri göstərməyə çalışırıq”

“Azərbaycanı yalnız dostumuz olduğu üçün deyil, Qarabağ məsələsində sona qədər haqlı olduğu üçün dəstəklədik. Pakistan da Azərbaycanı haqlı işdə dəstəklədiyini açıq şəkildə bildirdi. Bu, bizi bir araya gətirən səbəbdir”.

Aznews.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop "HaberGlobal" televiziyasına müsahibəsində deyib.

M.Şentop bildirib ki, Azərbaycan, Pakistan və Türkiyənin xarici işlər nazirləri səviyyəsində əlaqələri yüksək səviyyədə olsa da, parlamentlərarası münasibətlərin inkişafı bu əlaqələri daha da yaxşılaşdıracaq: “Ümumiyyətlə, ölkələrarası münasibətlər dövlətlər arasında müəyyənləşir. Ancaq bu, Azərbaycan, Pakistan və Türkiyə üçün deyil. Bizim daha yaxşı münasibətlərimiz var. Xarici İşlər Nazirləri səviyyəsində əlaqələrimizi parlament başçıları səviyyəsində görüşə çevirdik. Əməkdaşlıq üçün çox sahələrimiz və səbəblərimiz var”.
M.Şentop hər üç ölkənin islamofobiyaya qarşı mübarizə ilə bağlı birgə müzakirələr aparılacağını deyib.

TBMM sədri Ermənistan tərəfindən Qarabağda yaşayış məntəqələri və tarixi-mədəniyyət abidələrinin dağıdılmasını, erməni diasporasının əks kampaniya aparmasını kəskin şəkildə pisləyib: “Ermənistan diasporası tərəfindən edilən qara piar dünyada aparılır. Qarabağda sadəcə yolları baxmaq və tarixi əsərlərin dağıdılmasını görmək erməni lobisinin nə qədər böhtan kampaniyası apardığını göstərir. İnsan əlinin yaratdığı hər şeyi məhv ediblər. Şuşanı da hələ görəcəyik, digər yerlərdə daş üstündə daş qoymayıblar”.

M.Şentop bu cür səfərlərdə məqsədin dünyanın diqqətini Qarabağa cəlb etmək olduğunu bildirib: “Biz bu səfərlərin Qarabağa diqqət çəkəcəyini düşünürük və həqiqətləri göstərməyə çalışırıq”.