Sahibə Qafarova bunu Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Parlament Sədrlərinin Avropa Konfransındakı çıxışında deyib Sahibə Qafarova bunu Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Parlament Sədrlərinin Avropa Konfransındakı çıxışında deyib
  • Paytaxt
  • 21 Oktyabr 2021 22:31
  •  5 088

“Azərbaycan 4 ölkəyə 150 min doza peyvənd ianə göndərib” - MM sədri

Sahibə Qafarova bunu Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Parlament Sədrlərinin Avropa Konfransındakı çıxışında deyib

“Azərbaycan pandemiya ilə mübarizə üçün 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan 4 ölkəyə 150 min doza peyvənd ianə göndərib”.

Aznews.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Parlament Sədrlərinin Avropa Konfransında çıxışında deyib.

Sədr qlobal səhiyyə böhranı zamanı "peyvənd millətçiliyi"nin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb: “Biz Avropa Şurasının üzvləri olaraq, bəzi ölkələrin ehtiyaclarından qat-qat artıq peyvənd tədarük etməsinin qarşısını almağa çalışmalıyıq. Azərbaycan bu məsələni gündəmdə saxlamaq məqsədi ilə BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər çıxışının təmin edilməsinə dair qətnamə layihəsi irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib”.

Sahibə Qafarova deyib ki, beynəlxalq hesabatlara görə, dünyanın peyvənd dozalarının 75 faizindən çoxu bir neçə inkişaf etmiş ölkə tərəfindən alınsa da, aşağı gəlirli ölkələrdə peyvəndlə təminat 2 faizdən azdır. Şübhəsiz ki, bu fakt inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrin əhalisini qorumaq imkanlarını məhdudlaşdırır”.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan dünyanın pandemiyadan daha tez və daha az itkilərlə xilas olması üçün qlobal tədbirlərə dair tövsiyələr verə biləcək BMT-nin Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını məqsədəuyğun hesab edir.