Prezident İlham Əliyev gələn ay Türkiyəyə gedəcək

"Cənab Prezident İlham Əliyevin "Qardaşım" deyəndə kimi nəzərdə tutduğunu tərəddüdsüz hər kəs çox yaxşı bilir"

"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 26-da Qarabağda, noyabrın 12-də isə İstanbulda görüş keçiriləcək".

AzNews.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tviterdə yazıb.

"Cənab Prezident İlham Əliyevin "Qardaşım" deyəndə kimi nəzərdə tutduğunu tərəddüdsüz hər kəs çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə sabah - oktyabrın 26-da Qarabağda, 4-cü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklər. Gözləyirik", - səfir bildirib.