- Paytaxt
- 15 İyun 2022 12:35
- 5 364
Selçuk Bayraktar Azərbaycan xalqını təbrik edib
Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun Milli Qurtuluş Gününü təbrik edirəm
“Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun- Milli Qurtuluş Gününü təbrik edirəm”.
Bu fikirlər Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktarın 15 İyun- Milli Qurtuluş Günü ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımında yer alıb.
Azərbaycan və Türkiyə bayraqları ilə edilən paylaşımda deyilir: “Bu il dastanlara mövzu olan "Bir millət, iki dövlət" şüarına #TEKNOFESTAZƏRBAYCAN ilə birlikdə "Bir Festival" əlavə etdik.
Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun Milli Qurtuluş Gününü təbrik edirəm”.