Bu barədə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında bildirib Bu barədə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında bildirib
  • Paytaxt
  • 5 Avqust 2022 23:13
  •  6 532

Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlar

Bu barədə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında bildirib

Azərbaycan ərazisindəki Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlar.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında bildirib.

Dövlət başçısı üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, Azərbaycan tərəfindən bu yolun inşasının yekunlaşmaq üzrə olduğunu və yolun tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin də həmin yola dislokasiya olunacağını vurğulayıb.