- Paytaxt
- 00:08
- 1 669
“Əbülfəzl Zohrevandın Azərbaycana qarşı təhdidli bəyanatını rədd edirik”
İran parlamentinin üzvü Əbülfəzl Zohrevandın Azərbaycana qarşı böhtan və təhdid ehtiva edən bəyanatını rədd edirik və sərt şəkildə qınayırıq.
AzNews.az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov deyib.
“Zohrevandın bəyanatı dünyada kifayət qədər mürəkkəb proseslərin cərəyan etdiyi bir dövrdə Azərbaycan və İran hökumətlərinin regionda sabitliyi və ikitərəfli münasibətləri qarşılıqlı anlaşma şəraitində saxlamaq səylərinə qarşı yönəlmiş təxribatdır. Biz İran hökumətini və parlamentini Zohrevandın təxribatçı açıqlamasını pisləməyə və ona qarşı digər müvafiq tədbirlər görməyə çağırırıq”, - deputat əlavə edib.
Xatırladaq ki, İran parlamentinin üzvü Azərbaycanı təhdid edib.