- Köhnə - Cəmiyyət
- 8 Fevral 2016 15:42
- 3 795
96 baş qoyun oğurlayan şəxslər tutuldu
 
            Bərdə rayon sakini F.Musayevin həyətindən 96 baş qoyun oğurlanıb.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdam və Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də Bərdə rayon sakini Famil Musayevin həyətindən 96 baş qoyun oğurlayan həmyerliləri Sərvər Nəcəfov və Elşən Hidayətzadə tutulub, digər 1 nəfər isə müəyyən edilib.
 
                 
                             
                             
                             
                             
                             
                            