Bu ilin yanvar ayında Azərbaycana yeyinti məhsullarının idxalı 68 356,38 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,44% azdır. Bu ilin yanvar ayında Azərbaycana yeyinti məhsullarının idxalı 68 356,38 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,44% azdır.

Azərbaycan yeyinti məhsullarının idxalını azaltdı

Bu ilin yanvar ayında Azərbaycana yeyinti məhsullarının idxalı 68 356,38 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,44% azdır.


Hesabat dövründə ət, süd, kərə yağı, çay, buğda idxalında azalma, meyvə-tərəvəz, şəkər, bitki, heyvan mənşəli piy və yağ idxalında artım müşahidə olunub.

Ət idxalı 21,93% azalaraq 1 535,91 min dollar, süd - 23,3% azalaraq 452,18 min dollar, kərə yağı - 53,83% azalaraq 1 228,03 min dollar, çay - 7,28% azalaraq 832,91 min dollar, buğda - 63,15% azalaraq 9 235,2 min dollar olub.

Bu müddətdə şəkər idxalı 70,63% artaraq 8 984,09 min dollar, meyvə-tərəvəz idxalı 2,4 dəfə artaraq 12 410,71 min dollara çatıb.

Komitənin məlumatına əsasən, ölkə üzrə cəmi idxal 442 808,17 min dollar təşkil edib ki, bunun da 15,44%-i yeyinti məhsullarının payına düşüb və bu, analoji ötən ilki göstəriciyə nisbətən 2,52 faiz bəndi çoxdur.

Report.az