- Köhnə - Cəmiyyət
- 31 Mart 2016 15:44
- 5 749
Bakı metrosunda ajiotaj yarandı
Bu gün “Ulduz” metrostansiyasında problem yaşanıb.
Səhər 6:50 radələrində "Dərnəgül" xətti ilə gələn qatar saxlanılaraq, sərnişinlər təxliyyə olunub. Hadisə yerində olan şahidin saytımıza verdiyi məlumatına əsasən, bunu qatarda yanğın hadisəsinin qeydə alınması ilə əlaqələndiriblər.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Gün.Az-a deyib ki, səhər 06:50-də 11 saylı marşrutda nasazlıq yaranıb.
"Bu səbəbdən sərnişinlər qatardan boşaldılıb. "Nərimanov"a yaxın olduğu uçün qatar depoya göndərilib. Yanğın isə olmayıb" – deyə, N.Paşayev bildirib.
gun.az