Qənirə Paşayeva Zonquldakda konfransda - FOTO

Millət vəkili Qənirə Paşayeva Zonguldak vilayətində Ermənistanın işğal etdiyi bölgələrimizdə vəziyyət, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı konfrans keçirib.


Konfransın açılışında Zonguldak Türk Ocaqları başqanı Erol Şeref, araşdırmaçı-yazar İmdat Avşar, Türkçe Konuşan Ülkeler ve Uluslararası Gazeteciler Derneği genel naşkanı Güngor Yavuzaslan Azərbaycan həqiqətlərinin, Türk dünyası problemlərinin daha geniş öyrənilməsi və yayılmasında ziyalıların, QHT, KİV və gənclərin üzərinə düşən vəzifələrdən danışıblar.

Zonguldakın rəsmi şəxsləri, universitet müəllimləri, QHT və KİV təmsilçilərinin geniş qatıldığı konfransda çıxışına qardaş Türkiyədə terror aksiyaları və terrorla mübarizə zamanı çoxlu sayda qardaş-bacılarımızın həyatını itirdiyini deyən milllət vəkili terror nəticəsində və terrorla mübarizə zamanı həyatını itirmiş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyib, terroru və arxasında duranları lənətlədiyimizi deyib.

Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlərin indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirdiklərini deyib: "Amma inşallah birlikdə bütün terrorçulara layiq olduqları cavabı verəcəyik, belə qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək".

Ermənistanın, erməni terror təşkilatlarının 24 il əvvəl Azərbaycanda törətdiyi terror hadisələri barədə danışan millət vəkili Q.Paşayeva Kəlbəcərin işğalının 23-cü ildönümü olduğunu xüsusi vurğulayaraq, Kəlbəcər və digər işğal altında olan torpaqlarımızla bağlı, Ermənistanın törətdiyi vandalizm aktları, soyqırımlar, 1 milyondan çox azərbaycanlının hələ də öz yurd-yuvasına dönə bilməməsi barədə ətraflı məlumat da verib.

Tədbirin sonunda Zonguldak bölgəsi rəsmiləri, Türk Ocakları rəhbərliyi millət vəkili Q.Paşayevaya özəlliklə gənc nəsillərin doğru yetişməsi üçün bu cür konfranslara böyük ehtiyac olduğunu deyiblər.