Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkili Mehman Səlimova bəraət istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə M. Səlimovun vəkili çıxış edib. O, bildirib ki, M. Səlimovun pul mənimsəməsi sübuta yetirilməyib, bütün sübutlar ziddiyyətlidir. Vəkil M. Səlimovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmə prosesi aprelin 22-də davam edəcək

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək, M. Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.

APA.az