“Baku Crystal Hall”da uçqun olması barədə - Açıqlama

"Bu gün bəzi media orqanlarında "Baku Crystal Hall"da uçqun olması barədə yayılmış məlumat həqiqətə uyğun deyil".


Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

FHN-dən o da deyilib ki, gün ərzində "Baku Crystal Hall"da hər hansı hadisənin baş verməsi barədə nazirliyə heç bir məlumat daxil olmayıb.

APA.az