""Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarə parkına daxil olan hər iki "Boeing 787 Dreamliner" təyyarələrində quraşdırılan "General Electric" mühərriklərinin seriya nömrəsi texniki qüsurun aşkarlandığı mühərrik kateqoriyasına daxil deyil". ""Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarə parkına daxil olan hər iki "Boeing 787 Dreamliner" təyyarələrində quraşdırılan "General Electric" mühərriklərinin seriya nömrəsi texniki qüsurun aşkarlandığı mühərrik kateqoriyasına daxil deyil".

Qüsurlu “Boeing”lərlə bağlı AZAL-dan - Açıqlama

""Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarə parkına daxil olan hər iki "Boeing 787 Dreamliner" təyyarələrində quraşdırılan "General Electric" mühərriklərinin seriya nömrəsi texniki qüsurun aşkarlandığı mühərrik kateqoriyasına daxil deyil".


Bunu "ABŞ Federal Aviasiya İdarəsinin "Boeing 787" təyyarələrinin mühərriklərinin təcili dəyişdirilməsi barədə verdiyi tapşırıqla bağlı" AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib.

"Lazım gələrsə, hava gəmilərinin mühərriklərində əlavə işlər görüləcək"

Onun sözlərinə görə, "Boeing 787 Dreamliner" təyyarələrinin mühərriklərində aşkarlanan problem "GEnx-1B PIP2" model mühərriklərə aiddir və artıq istehsalçılardan bu tip mühərrikli təyyarələri istismar edən aviaşirkətlərə əlavə yoxlamaların aparılmasının zəruriliyi barədə müvafiq göstəriş gəlib:

"Buna baxmayaraq AZAL-ın mühəndis-texniki heyəti "General Electric" və Boeing şirkətləri ilə bu məsələyə dair məsləhətləşmələr aparır və lazım gələrsə, hava gəmilərinin mühərriklərində əlavə işlər görüləcək.

P.Kəsəmənski onu da qeyd edib ki, bütün növ hava gəmilərinin aparılan müntəzəm texniki yoxlamaları və auditlər normal istismar zamanı onların təkmilləşdirilməsinə dair bəzi tövsiyələr tələb edə bilər. Bununla bağlı istehsalçılar tərəfindən əlavə servis bülletenləri buraxılır ki, bu da normal dünya praktikasıdır.

"Boeing 787 Dreamliner" ən müasir sərnişin təyyarələrindən biridir. Bu tipli 250-dən çox təyyarə dünyanın 29 ölkəsində 30-dan çox aviaşirkət tərəfindən istismar olunur. Bu tipli təyyarənin ümumi uçuş müddəti 3 milyon saatdan çoxdur.

Ötən gün ABŞ Federal Aviasiya İdarəsi "Boeing 787" təyyarələrinin mühərriklərinin təcili dəyişdirilməsi barədə bəyanat yayıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bəyanatda qeyd edilib ki, əgər mühərriklər vaxtında dəyişdirilməsə, uçuş həyata keçirilən zaman problem yarana bilər. Lakin mühərriklərdə konkret hansı çatışmazlığın olduğu açıqlanmasa da təyyarədəki mühərriklərin eyni anda hər ikisinin dayana biləcəyi və yenidən mühərrikləri işə salmağın qeyri-mümkün olacağı bildirilib.

Anspress.com