Azərbaycanda reklamda yalan məlumatlardan bilərəkdən istifadə etməyə görə cəzalarda müəyyən dəyişikliklər edilir. Azərbaycanda reklamda yalan məlumatlardan bilərəkdən istifadə etməyə görə cəzalarda müəyyən dəyişikliklər edilir.

Reklamda yalan məlumatlardan istifadə edənlərin cəzaları sərtləşdirilir

Azərbaycanda reklamda yalan məlumatlardan bilərəkdən istifadə etməyə görə cəzalarda müəyyən dəyişikliklər edilir.


AzNews.az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni dəyişikliklərin edilməsi təklif olunur.

Məcəllənin hazırkı variantına görə, əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda şəxs min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda ziyan vurduqda şəxs iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yeni layihədə isə təklif edilir ki, əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda şəxs cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək cərimə və ya iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda ziyan vurduqda şəxs vurulmuş ziyanın 3 mislindən 5 mislinədək, miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.