“Rahat market” supermarketlər şəbəkəsi iflas etmək üzrədir. Belə ki, şəbəkənin Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsindəki şöbəsi bağlanıb. Dünəndən başlayaraq, supermarketdə piştaxtalardakı mallar boşaldılıb, şirkətlərlə təhvil-təslim işləri aparılıb. Artıq supermarketin qapısına qıfıl vurulub. “Rahat market” supermarketlər şəbəkəsi iflas etmək üzrədir. Belə ki, şəbəkənin Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsindəki şöbəsi bağlanıb. Dünəndən başlayaraq, supermarketdə piştaxtalardakı mallar boşaldılıb, şirkətlərlə təhvil-təslim işləri aparılıb. Artıq supermarketin qapısına qıfıl vurulub.

“Rahat market”lər batır: “Qaraçuxur şöbəsi bağlandı” - Fotolar

“Rahat market” supermarketlər şəbəkəsi iflas etmək üzrədir. Belə ki, şəbəkənin Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsindəki şöbəsi bağlanıb. Dünəndən başlayaraq, supermarketdə piştaxtalardakı mallar boşaldılıb, şirkətlərlə təhvil-təslim işləri aparılıb. Artıq supermarketin qapısına qıfıl vurulub.

Məsələ ilə bağlı "Rahat market"in "Neftçilər" metrostansiyasının yaxınlığında yerləşən şöbəsinə baş çəkib oradakı vəziyyəti öyrənilməyə çalışılıb.

Supermarketdən bildiriblər ki, Qaraçuxur şöbəsinin bağlanması maliyyə məsələləri ilə əlaqəlidir və dünən axşam saatlarından fəaliyyəti dayandırılıb.

"Rahat maket" supermarketlər şəbəkəsi şöbələrinin bağlanma səbəbini həmin şöbələrin rentabelli olmaması ilə əlaqələndirilib. Bu barədə şirkət öz facebook səhifəsində qeyd edib.

Qeyd edək ki, Azərbaycanda bu şəbəkənin 28 marketi var, bunların da 22-si Bakıda yerləşir. Bağlanan supermarketlərdən 5-i Bakıda, 1-i Sumqayıtda, qalanları isə Bərdədə, Ucarda və Mingəçevirdədir.

Xatırladaq ki, bir müddət öncə də supermarket rəhbərləri birgə müraciət imzalayaraq, İqtisadiyyat Nazirliyinə göndərmişdilər. Orada da "Rahat market" supermarketlər şəbəkəsinin vəziyyətinin çətin olduğu və şöbələrinin yaxın zamanlarda bağlanacağı qeyd edilmişdi.

Musavat.com