Təyyarə qəzasında həlak olanlara görə sığorta ödənişi veriləcək. Söhbət “Silk Way” şirkətindən icarəyə götürülən mayın 18-də Əfqanıstanda qəzaya uğrayan An-12 yük təyyarəsindən gedir. Təyyarə və ekipaj üzvləri “İpək Yolu Sığorta” şirkətində sığortalanıb. Təyyarə qəzasında həlak olanlara görə sığorta ödənişi veriləcək. Söhbət “Silk Way” şirkətindən icarəyə götürülən mayın 18-də Əfqanıstanda qəzaya uğrayan An-12 yük təyyarəsindən gedir. Təyyarə və ekipaj üzvləri “İpək Yolu Sığorta” şirkətində sığortalanıb.

Təyyarədə həlak olanlara görə sığorta pulu veriləcək - Açıqlama

Təyyarə qəzasında həlak olanlara görə sığorta ödənişi veriləcək. Söhbət “Silk Way” şirkətindən icarəyə götürülən mayın 18-də Əfqanıstanda qəzaya uğrayan An-12 yük təyyarəsindən gedir. Təyyarə və ekipaj üzvləri “İpək Yolu Sığorta” şirkətində sığortalanıb.


Şirkətdən verilən məlumata görə, həm qəzaya uğrayan təyyarəyə və ekipaj üzvlərinə görə sığorta ödənişi veriləcək. Amma sığorta ödənişlərinin məbləği hələlik açıqlanmır.

Qeyd edək ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ötən gün qəzaya uğrayan təyyarədə 7 nəfərin həlak olduğunu, texniklər Qanja Andrey və Rəmzi Əliyev sağ qaldığını açıqlayıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.

Fins.az