“Bizə ərizə ilə müraciət edən məhbusların böyük əksəriyyəti amnistiyaya düşə bilər”. “Bizə ərizə ilə müraciət edən məhbusların böyük əksəriyyəti amnistiyaya düşə bilər”.

“Amnistiyaya daha çox qadın və uşaqlar düşmək istəyir” - Hüquq müdafiəçisi

“Bizə ərizə ilə müraciət edən məhbusların böyük əksəriyyəti amnistiyaya düşə bilər”.


Bunu AzNews.az-a açıqlamasında İnsan Hüquqları Üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi təşkilata yüzlərlə məhbus ərizə ilə müraciət edib: "Yüzlərlə məhbus amnistiyaya düşmək istəyir. Onların arasında qadınlar və uşaqlar üstünlük təşkil edir. Sadəcə olaraq ərizələrə amnistiyaya düşəcək maddələrə görə baxılacaq".

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva 28 May - Respublika Günü münasibəti ilə bağlı "Amnistiya aktı haqqında" qanun layihəsini Milli Məclisə təqdim edib. Layihə qəbul edilib. Həmin qanun layihəsi 10 min nəfərə şamil olunacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az