Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Ramil Usubovdan Əhəd Abıyevin qardaşına - Vəzifə

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.


AzNews.az hafta.az-a istinadən xəbər verir ki, Zəfər Abıyev Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinə rəis təyin edilib.

Xatırladaq ki, Zəfər Abıyev sabiq millət vəkili, hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Əhəd Abıyevin qardaşıdır.

O, uzun illər Azərbaycan DİN-in Ukrayna, Belarus, Moldova və Qazaxıstanda nümayəndəsi, DİN Cinayət-Axtarış İdarəsində şöbə rəisi işləyib. Son vəzifə təyinatına qədər Zəfər Abıyev DİN-in Qazaxıstan və Qırğızıstandakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib.